15 C
Baku
Friday, May 3, 2024

Bank seyfləri necə yaranıb?

İlk primitiv bank seyfləri 19-cu əsrin ortalarında ABŞ-da peyda olub. Bu seyflər “qızıl hərisliyi” dövründə uğursuzluqla üzləşmiş və çarəni bank qarətində axtaran kəşfiyyatçıların qarşısını almaq məqsədilə yaradılır. Beləliklə “qızıl hrisliyi” yeni çalarlar qazanır.

Əvvəllər bunu etmək asan idi. Banklar öz qiymətli əşyalarını asanlıqla yerini dəyişdirmək və istənilən yerə aparmağa imkan verən seyflərdə saxlayırdılar. Əlbəttə ki, oğruların işini çətinləşdirəcək digər bir çıxış yolu fikirləşmək lazım idi. Yalnızca 1920-ci ildə nəhəng seyflər yaradılır və bir neçə fut ağırlığa sahib qapılar ilə örtülür.

Lakin qarşısına qarəti məqsəd kimi təyin etmiş qarətçiləri bununla da saxlamaq mümkün deyildi. Bu zaman qarətçilər seyfləri barıt, nitrogliserin və digər partlayıcı maddələrdən istifadə etməyə başlayırlar. Hər bir yeni yaradılan seyflə onun qarət edilməsi üçün yeni bir texnologiya da yaradılırdı.

Beləliklə, istənilən seyf qarət edildikdə bir ixtiraçı şifrəli kilid ixtira edir. Lakin buna da çarə tapılır. Bu zaman oğrular silah ilə bank işçisini hədələyərək ondan seyfin şifrəsini açmağı tələb edirdilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər