18 C
Baku
Monday, November 10, 2025

“Bank Silk Vey” 2017-ci ilə mənfəətlə başlayıb

Bank Silk Vey (Silk Way) ASC 2017-cı ilin 1 –ci rübünə  dair maliyyə hesabatlarını açıqlayıb. Azərbaycanın aparıcı banklarından biri olan  Bank Silk Vey ASC 2017- ci ilin 1- ci rübünü  də mənfəətlə başa vurmuşdur.

Belə ki, Bankın aktivləri 2016-cı ilin 1-ci rübü ilə müqaisədə  26.0 mln. manat artaraq 401 mln. manat olmuşdur. . Kredit portfelindədə müsbət artım tendensiyası müşahidə olmuşdur. 2016- cı ilin 1- ci rübü ilə müqaisədə  kredit portfeli 20 mln. manat artaraq 372.55 mln. manat olmuşdur.

Depozit portfeli müvafiq dövr ərzində  0.85 mln. manat artaraq 106.07 mln. manata çatmışdır. Cəlb edilmiş vəsaitlər 173.50 mln. manat olmuşdur.

Bank 2017- cı ilin 1- ci rübünü 2035.17 mln manat xalis mənfəətlə başa vurmuşdur.

Banker.azın verdiyi məlumata görə, Bank Silk Vey Azərbaycan bank bazarında unikal məhsulları ilə tanınır. Bu məhsullar siyahısında Azal Miles, Tax free və s. kimi tanınmış və əhali tərəfindən aktiv istifadə olunan məhsullar vardır.

“Bank Silk Vey” həmçinin hazırda keçirilən  “Bakı Ticarət Festivalı”-nın müvəkkil banklar siyahısındadır.

Son xəbərlər
Digər xəbərlər