8 C
Baku
Tuesday, March 19, 2024

“Bank Silk Way”ə yeni təyinat olub

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı “Bank Silk Way” ASC-yə yeni Baş mühasib təyin olunub.

Banker.az-ın əldə etdiyi məlumata görə, yeni vəzifəyə təyin olmuş şəxs bundan əvvəl bankın Daxili Audit departament direktoru Ülvi Novruzov-dur. Adıçəkilən şəxs avqust ayından başlayaraq qeyd edilən vəzifənin icasına başlayıb.

Qeyd edək ki, Ü. Novruzov bundan öncə Azərbaycan Mərkəzi Bankı və ləğv prosesində olan “Bank Standard” QSC də müxtəlif vəzifələrdə çalışıb.

Xatırladaq ki, “Bank Silk Way”in nizamnamə kapitalı 104,6 mln. təşkil edir. Kapitalında pay sahibi kimi böyük hissəsinə 69,68% ilə fiziki şəxs Zərifə Həmzəyeva, 30,00% “VIP AVİASİYA Xidmətləri” Şirkəti və 0,32% Elçin Əhmədov nəzarət edir.

 

Son xəbərlər
Digər xəbərlər