3 C
Baku
Tuesday, February 27, 2024

“Bank Silk Way” Mərkəzi Bank qarşısındakı öhdəliyinin bir hissəsini ödəyib

“Bank Silk Way” ASC ilin ilk 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank son 1 ildə AMB qarşısındakı öhdəliyi 22,2% azalaraq 22,5 mln. manatdan 17,5 mln. manata enib.

Banker.az bu barədə Bankın yaydığı maliyyə hesabatına istinadən xəbər verir.

“Bank Silk Way” ötən rübü 2,5 mln. manat mənfəətlə bitirdiyi halda bu rəqəm 3 dəfəyə yaxın artaraq 6,7 mln. manat olub.

Cari ilin 2-ci rübü ilə müqayisədə 3-cü rüb depozit portfeli azalaraq 171,98 mln. manata enib. Bankın kredit portfeli də ötən rüblə müqayisədə cüzi azalaraq 369,8 mln. manat olub.

“Bank Silk Way”ın cəmi kapitalı 5 faiz artaraq 123,5 mln. manata yaxın olub. Hazırda Bankın aktivləri 405,64 mln. manatdır. Bu da ötən rüblə müqayisədə az olması deməkdir.

Son xəbərlər
Digər xəbərlər