10 C
Baku
Wednesday, December 11, 2024

“Bank Silk Way”in idarəetmə orqanında dəyişiklik olub

Səhmdarların Ümumi Yığıncağının 07 avqust 2017 il tarixli qərarına əsasən “Bank Silk Way” ASC-nin idarəetmə orqanlarında dəyişiklik olmuşdur. Belə ki, İdarə Heyətinin sədri Elçin Eldar oğlu Əhmədov –Müşahidə Şurasının  sədri, İdarə Heyətinin üzvü- sədrin müavini Mahir Əvəz oğlu Əhmədov isə –İdarə Heyətinin sədri  vəzifəsinə təyin edilmişdir.

Bu barədə Banker.az-a  “Bank Silk Way”dan məlumat veilib.

Xatırladaq ki, Elçin Eldar oğlu  Əhmədov 08 fevral 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2004-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və Kredit” fakultəsini bakalavr, 2005-ci ildə isə magistr dərəcəsi ilə bitirmişdir. Bir çox tanınmış şirkətlərdə məsul və  rəhbər vəzifələrdə işləyən cənab Əhmədov, 2009-cu ildə “Bank Silk Vey” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş,  2012-ci ildən “Bank Silk Vey” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alaraq bu günədək icra etmişdir.

Yeni təyinat münasibətilə hər iki rəhbəri təbrik edir, gələcək işlərində müvəffəqiyyət  və bol şanslar arzulayırıq.

Son xəbərlər
Digər xəbərlər