10 C
Baku
Wednesday, December 11, 2024

“Bank Silk Way”in öhdəlikləri il ərzində 68,56 mln. manat artıb

“Bank Silk Way” ASC ümumi faiz gəlirlərinin həcmi 6% artıb.

Banker.az bu barədə ASC-nin 2017-ci ilin yekun maliyyə göstəricilərinə istinadən xəbər verir.

Hesabata görə, “Bank Silk Way” ötən il ərzində 27,8 mln. manat ümumi faiz əldə etməklə, ili 1,6 mln. manat xalis mənfəətlə tamamlayıb. Bu da hesabat dövründəki illə nisbətdə cüzi, yəni, 3% daha çox xalis mənfəət əldə etməsi deməkdir.

“Bank Silk Way”ın cəmi aktivləri 480,38 mln. manat təşkil edib. Bu hesabat dövründən öncəki dövürlə müqayisədə 22 faiz artması deməkdir. Müştərilər tərəfindən bank kreditlərinə marağın artdığı görünür. Belə ki hesabat dövrünün əvvəli ilə müayisədə Bankdan verilən kreditlərin həcmi artaraq 424 mln. manat həcminə yüksəlib.

Bankın öhdəlikləri 1 il ərzində 68,56 mln. manat artaraq 356,1 mln. manat təşkil edib. Bunun da 241,81 mln. manatı bank tərəfindən cəlb olunmuş əmanətlərdir.

Hazırda bankın cəmi kapitalı artmaqla 124,29 mln. manat həcmindədir.

Son xəbərlər
Digər xəbərlər