“Bank Silk Way” tam yenilənmiş www.banksilkway.az korporativ saytını istifadəyə verib. Yenilənmiş sayt bankın korporativ standartlarına uyğun olaraq müasir dizaynı, fərqli strukturu və istifadədə asan olması ilə fərqlənir.
Bankdan verilən məlumata görə, sayt hazırlanan zaman istifadəçinin bu sahədə gündəlik tələbatı, apardığı bank əməliyyatları nəzərə alınmışdır. Saytın birinci səhifəsində istifadəçilər yeni bank məhsulları, digər yeniliklər və dəyişikliklər haqqında məlumat ala biləcəklər. “SW Bank Miles” lahiyəsi və “SW Club” endirim sistemi haqqında hər bir məlumatı rahatlıqla əldə edə biləcəklər. Eyni zamanda saytda plastik kartların onlayn sifarişi, kredit və kommunal borcların onlayn ödənişi, onlayn məsləhətçi və “mənə zəng” xidmətləri də təqdim olunub. Saytda həmçinin Bankın fəaliyətinin fundamental istiqamətləri, bankın fəlsəfəsi, inkişaf strategiyası, maliyyə göstəriciləri ilə tanış olmaq mümkündür.
Trend