11 C
Baku
Tuesday, November 26, 2024

Bank sistemləri departamentinə mütəxəssis – Bank of Baku

Əsas vəzifə və öhdəliklər

  • Riyazi modellər və alqoritmlər əsasında qoyulan tapşırıqların yerinə yetirilməsini təmin edən proqramlar işləyib hazırlayır
  • Məsələnin həlli alqoritminin proqramlaşdırma dilinə keçirilməsini, proqramların sazlanmasına hazırlıq işlərini və sazlanmanı həyata keçirir
  • Proqramların onların funksional təyinatına uyğunluğunun tam şəkildə yoxlanması üçün yoxlama nümunələri verilənlərinin həcm və məzmununu müəyyən edir
  • İsitfadəyə verilmiş proqram və proqram vasitələrinin müşayiətini həyata keçirir
  • Proqramlaşdırma avtomatizasiyası üsul və vasitələrini, tipik və standart proqram vasitələrini işləyib hazırlayır və tətbiq edir, hesablama proseslərinin unifikasiyası və tipizasiyası üzrə işləri həyata keçirir
  • Proqram arxitekturasını işləyib hazırlayır

Seçim meyarları

  • Ali texniki təhsil
  • Bank sistemlərinin inkişafı sahəsində davamlı iş təcrübəsi
  • Oracle, MS SQL və ya PostgreSQL üzrə bacarıqlar
  • Azərbaycan dili və rus dili üzrə əla səviyyədə biliklər
  • Problemə yönəlik anatilik düşünmə tərzi

İş şərtləri

  • Iş vaxtı: 5 iş günü, 09.00-18.00
  • İş yeri: Əməliyyat Mərkəzi

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində Bank sistemləri sözünü qeyd etməyi unutmayın.

Son xəbərlər
Digər xəbərlər