Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Bank Standard”-a bankın sağlamlaşdıırlması proqramı çərçivəsində 15 milyon manat vəsait ayırıb.
Bu sözləri Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, vəsait qaytarılmaq şərti ilə borc formasında, 6 ay müddətinə verilir.
“Bankın sağlamlaşdırılma proqramında onun tam maliyyə dəstəyi məbləği və formaları daha da dayanıqlaşdırılacaq”, – deyə R.Aslanlı qeyd edib.
Onun sözlərinə görə, dövlət bankın maliyyə dayanıqlığının bərpa olunması üçün bütün lazımı tədbirləri görməyə hazırdır:
““Bank Santdard” bütün parametrlərinə görə, sistem əhəmiyyəti daşıyan bankdır. Bu bank əhali əmanətlərinin sayına görə, ölkənin ikinci böyük bankıdır.
Bunu nəzər alaraq, dövlət bankın maliyyə dayanıqlığının bərpa olunması və onun uzun müddətli təminatı üçün bütün lazım olan tədbirləri görməyə hazırdır”.
Oxu.Az