Bu dəfə isə Sizi Bank Standard-ın Yeni il aksiyası ilə daha yaxından tanış etmək istərdik. Bu kampaniya əmanətçilərə yönəlib. Kampaniyada “əmanətlərin illik 13,5%-ə qədər və 3 aylıq faiz ödənişlərinin dərhal öncədən verilməsi”ndən bəhs edilir.
“12 aya və daha çox müddətə Standard əmanəti açın və əlavə 1% faiz gəliri əldə edin. Bundan başqa, Qarant, Premier, Təqaüdçü və ya Standard əmanəti açanlar 3 aylıq faiz gəliri dərhal qeydiyyat günü almaq imkanı qazanacaq”.
Qeyd edək ki, kampaniyada 4 növ əmanət iştirak edir.
Bu zaman siz Banka yaxınlaşaraq, “Standard” əmanəti seçsəniz, +1% bonus əldə edəcəksiniz və ya bonusdan imtina edərək, 3 aylıq depozit faizlərini öncədən ala bilərsiniz.
Digər üç növ əmanəti Təqaüdçü, Qarant və ya Premier əmanətlərini seçdikdə isə, 3 aylıq faizləri əvvəlcədən almaq imkanı qazanacaqsınız.
Siz əmanət yerləşdirdikdə, iki kampaniyadan yalnız birindən yararlana bilərsiniz.
Gəlin sizi ilk öncə Standard əmanətin şərtləri ilə tanış edək:
Standard
Əmanəti açmaq üçün minimal məbləğ: 500 AZN/USD/AVRO
Minimal faiz 6% – Maksimal faiz 12,5%. Kampaniya dövründə + 1%
– Müddət 6- 36 ay, kampaniyada iştirak üçün isə minimum 1 il
– Məbləğə məhdudiyyətsiz əlavə etmək imkanı
– Faizlərin kapitallaşması
– Faiz gəlirlərinin hər ay və müddətin sonunda götürmək imkanı
– Məbləği azaltmağa icazə verilmir
Təqaüdçü əmanəti
Əmanət açmaq üçün minimal məbləğ: 100 AZN/USD/AVRO
Minimal faiz 7,5% – Maksimal faiz 12,5%.
– Təqaüd yaşına çatmış və ya təqaüdçü vəsiqəsi olan Azərbaycan vətəndaşları üçün
– Müddət 6- 36 ay, kampaniyada iştirak üçün isə minimum 1 il
– Vəsaiti 50 AZN/USD/EUR minimal məbləğ çərçivəsində sərbəst artırmaq imkanı
– Hesabdakı vəsaitin 1000 AZN/USD/EUR azaldılmaz qalıq həddinədək çıxarılması imkanı
– Faizlərin kapitallaşması, müddətin sonunda və ya aylıq ödənilməsi imkanı
Yeni Qarant əmanəti
Əmanət açmaq üçün minimal məbləğ: 500 AZN/USD
Müddətdən asılı olmayaraq –10 %.
– Müddət –12 aydan 36 ayadək;
– Əmanətin ümumi məbləği 30.000 AZN və ya 35.000 ABŞ dollarınadək artırıla bilər;
– Müştərinin istəyi ilə aylıq faiz gəliri xüsusi faiz kartına, cari hesabına və ya digər əmanət hesabına köçürülə bilər;
– Müştəriyə verilən pulsuz məhsullar əmanət məbləğinə uyğun verilir;
Azərbaycan Əmanətlərinin Sığortalanması Fondu tərəfindən edilən hər dəyişiklik, “Qarant” depozitinin yeni və uzadılmış müqavilələrində əks olunur.
Qeyd: Bu xüsusi məhsuldur və Əmanətlərin Sığortalanması fondu tərəfindən məhz 10%- qədər və 10% dərəcəsi ilə yerləşdirilən əmanətlər sığortalandığı üçün əmanətin faiz dərəcəsi də 10%-dir
Müddət/valyuta | Standard | Qarant | Təqaüdçü | Premier | ||||
AZN/USD | AZN | USD | AZN | USD | AZN\USD | AZN\USD | ||
6 ay | 6,0% | 6,0% | 10% | 10% | 7,5% | 7,5% | 20000 | 50000 |
12 ay | 10,5% | 10,5% | 10% | 10% | 10,0% | 10,0% | 9,0% | 10.0% |
18 ay | 11% | 11% | 10% | 10% | 10,5% | 10,5% | ||
24 ay | 11,5% | 11,5% | 10% | 10% | 11,0% | 11,0% | 9,5% | 10,5% |
36 ay | 12,5% | 12,5% | 10% | 10% | 11,5% | 11,5% | 9,7% | 10.7% |
Əmanətlərin şərtləri haqda ətraflı məlumatı bankın rəsmi səhifəsindən və ya 158 nömrəsinə zəng etməklə məlumat mərkəzindən öyrənə bilərsiniz.
Premier depoziti
Minimal məbləğ 20 000
Minimal faiz 9,0% – Maksimal faiz: 10,7%.
– “Premier” depoziti sahibləri vahid depozit müqaviləsi çərçivəsində 2 və ya 3 müxtəlif valyutada (manat, ABŞ dolları və avro) hesab aça bilərlər. Onlar həmçinin bu hesablardakı vəsaitlərini məhdudiyyətsiz bir valyutadan digərinə istədikləri kimi çevirə bilərlər.
– Azaldılmaz qalıq məbləğinədək müqavilə imzalandığı vaxtdan 1 ay tez olmayaraq depozit hesabından vəsait çıxartmaq imkanı
– Depozit hesabına məhdudiyyətsiz pul əlavə etmək imkanı
– Müddəti bir il və daha çox olan əmanət sahibləri üçün kredit xətti açıla bilər. Belə kreditin məbləği depozitin əsas məbləğinin 80%-ə qədər, faiz dərəcəsi isə eyni depozit üçün tətbiq edilən illik faiz dərəcəsindən 3% artıq olaraq müəyyən edilir. Belə halda depozit hesabında həbs edilən məbləğ verilən kredit məbləğindən 20% artıqdır
– Əmanətin eyni zamanda bir müqavilə çərçivəsində iki və ya üç valyutada (AZN, USD, EUR), minimal manat ekvivalenti filial limitinə uyğun olaraq 10.000 AZN, 50.000 AZN olmaq şərti ilə açmaq imkanı
– Hesabdakı azaldılmaz qalıq 20 000 AZN/USD/EUR olan, 12 ay və daha uzun müddətli depozit sahiblərinə pulsuz “Premier MasterCard Gold” hədiyyə
– Hesabdakı azaldılmaz qalıq 50 000 AZN/USD/EUR olan, 12 ay və daha uzun müddətli depozit sahiblərinə pulsuz “Premier MasterCard Platinum” hədiyyə