Məlum olduğu kimi, ölkənin maliyyə sektorundakı mövqeyi, aktivlərinin xüsusi çəkisi və sistem əhəmiyyəti nəzərə alınaraq, səlahiyyətli orqanlarla razılaşdırılmış şəkildə QSC “Bank Standard” Kommersiya Bankının sanasiyası barədə qərar qəbul edilmişdir. Banker.az-a verilən məlumata görə, qəbul edilmiş qərara əsasən Bank Standardın səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasitəsi ilə sağlamlaşdırılması, bu ilin avqust ayının 3-dək Azər-Türk Bank tərəfindən idarəetmə orqanlarının yenidən formalaşdırılması və həmin tarixdən etibarən Bankın fəaliyyətinin biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa ediləsi nəzərdə tutulmuşdur.