Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Bank Standard” QSC-yə müvəqqəti inzibatçı təyin edib.
APA-Economics xəbər verir ki, MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, mayın 2-də Palatanın Direktorlar Şurasının iclasında bu gündənm etibarən banka müvəqqəti inzibatçı təyin edilməsi barədə qərar qəbul edilib.
R. Aslanlı qeyd edib ki, son dövrlərdə aktivlərin keyfiyyətinin pisləməsi ilə əlaqədar bankda likvidlik və kapitallaşma göstəriciləri pisləşib: “Maliyyə Bazarlarına Nəzarət Palatası banka yoxlama təyin edib. Məlum olub ki, səhmdarlar və idarə orqanları yetərli resurslara malik deyil. Banka maliyyə dayanıqlığını təmin etmək məqsədilə maliyyə vəsaiti ayrılıb”.