25 C
Baku
Sunday, June 2, 2024

“Bank Standard”ın 2 fİlİalı bankın baş ofİsİnə köçürülüb

Lisenziyası ləğv olunmuş “Bank Standard” QSC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Bankın “8-ci” və “Mərdəkan” filiallarının əmanətçilərinə, eləcə də borc öhdəliyi olan fiziki və hüquqi şəxslərə müraciət edib. Bu barədə “Report” ADİF-ə istinadən xəbər verir.

Məlumata görə, müraciətdə deyilir ki, bu gündən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 54 ünvanında yerləşən “8-ci” filial, eləcə də Bakı şəhəri, Mərdəkan qəsıbəsi, Xəzər rayonu, Sergey Yesenin küçəsi, ev 10a ünvanında yerləşən “Mərdəkan” filialı “Bank Standard”ın Bakı şəhəri, Azərbaycan prospekti 4 ünvanında yerləşən baş ofisinə köçürülüb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər