“Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclası keçirilir

0

Bu gün Bakıda ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçirilir.

Report Agentliyi xəbər verir ki, iclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasında, Fondun icraçı direktorunun müavini Vüqar Abdullayevin iştirakı ilə baş tutub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bununla belə, iclasda Kreditorlar Komitəsinin 27 üzvündən cəmi 11-i iştirak edir. Komitənin sədri Əkrəm Həsənov bildirib ki, bu cür vəziyyətdə hər hansı qərarın qəbulu mümkün deyil, odur ki, Komitənin tərkibi yenidən formalaşdırılmalıdır.

“Qərar qəbul etmək üçün Komitə üzvlərinin azı 2/3 hissəsi iclasa qatılmalıdır. İndiyə qədər cəmi 3 iclasda yetərsay olub. ADIF “Bank Standard”la bağlı əsasnamə hazırlayıb və məhkəmə onu təsdiq edib. Mən isə dəfələrlə məhkəməyə müraciət etmişəm ki, əsasnamə dəyişdirilsin. Çıxış yolu kimi təklif edirəm ki, komitə üzvləri təkrar seçilsin”, – deyə o, qeyd edib.