2 C
Baku
Saturday, December 14, 2024

“Bank Standard”ın Kreditorlar Komitəsi nöbəti iclasa hazırlaşır

“Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclasının tarixi açıqlanıb. Bu barədə Komitənin sədri Əkrəm Həsənov məlumat verib.

Bildirib ki, iyunun 23-də saat 15.00-da Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) binasında (Babək prospekti, 16) “Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclası keçiriləcək.

“İclasda müzakirə olunacaq əsas məsələ ƏSF-in, Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının Komitəyə cavab məktubları və bundan sonrakı fəaliyyətimiz olacaq. İclasda bir sıra mühüm qərarların qəbulu gözlənilir. Əlavə olaraq onu da bildirirəm ki, 22 iyun saat 16.40-da Bakı Apellyasiya Məhkəməsində hakim Kəmalə Abiyevanın sədrliyi ilə sözügedən bankın ləğvi ilə bağlı məhkəmə prosesinin də növbəti açıq iclası olacaq. Kreditorlar və mətbuat həmin iclasda da iştirak edə bilər”.

Son xəbərlər
Digər xəbərlər