14 C
Baku
Saturday, April 27, 2024

“Bank Standard”ın Kreditorlar Komitəsinin ilk iclasına KİV dəvət edildi

Əmanətlərin Sığortalanması Fondu KİV-ni sabaha iclasa dəvət edib.

Bu barədə Banker.az-a Fonddan məlumat daxil olub.

ADİF ilk dəfə olaraq ləğvetmə prosesinin şəffaflığının təmin edilməsi məqsədilə ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Kreditorlar Komitəsinin iclası keçiriləcəkdir. Bununla əlaqədar olaraq Fond KİV-lərini QSC “Bank Standard” KB-nin Kreditorlar Komitəsinin iclasında iştirak etməyə dəvət edir.

İclasın keçirilmə tarixi və vaxtı: 28 aprel 2017-ci il, saat 15:00, keçirilmə yeri isə Bakı ş., Babək pr.16, Əmanətlərin Sığortalanması Fondunun inzibati binası, V mərtəbədə olacaq.

Xatırladaq ki, 5 dekabr 2016-cı il tarixində Fond “Bank Standard”ın Kreditorlar Komitəsinin yaradılmasına dair sorğu ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. 29 dekabr 2016-cı il tarixində Məhkəmənin qərardadı ilə ləğv prosesində olan Komitənin yaradılması, onun tərkibinin müəyyənləşdirilməsi üçün təşkilatı işlərin və zəruri tədbirlərin görülməsi ADİF-ə həvalə edilib, Kreditorlar Komitəsi haqqında Əsasnamə təsdiq olunub. Hazırda bu istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər