“Bank Standard” Kommersiya Bankında 260 mindən çox fiziki şəxsin hesabı olub.
“APA-Economics” xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
Onun sözlərinə görə, müştərilərin bankda 520 mln. manatlıq əmanəti olub: “Bu əmanətlərin 460 milyon manatı qorunan əmanətlərdir. Qorunan əmanətlər heç bir təhlükə altında deyil”, – deyə R. Aslanlı qeyd edib.
Direktorlar Şurasının sədri bildirib ki, bankda yerləşdirilən əmanətlərin böyük hissəsi xarici valyutada olub: “Bu əmanətlərin 38 milyonu manatda, 260 milyonu isə digər xarici valyutalardadır”.