12 C
Baku
Wednesday, December 11, 2024

“Bank Standard”ın sabiq sədr müavini “Rabitəbank”ın rəhbərliyinə təyin olunub

“Rabitəbank” ASC-nin rəhbərliyinə yeni təyinat baş tutub.

Samir Rzayev bankın baş direktoru vəzifəsinə təyin olunub. Bu vəzifədə S.Rzayev maliyyə sahəsinə nəzarət edəcək.

O vəzifəsinin icrasına bu gündən etibarən başlayıb.

S.Rzayev bank karyerasına 1995-ci il tarixindən “Renessans” kommersiya bankında mühasib-əməliyyatçı olaraq başlayıb, 1997-1999-cu illərdə isə həmin bankda baş mühasibin müavini olaraq çalışıb. 1999-cu ilin iyun-sentyabr aylarında “Bank of Baku” kommersiya bankında müxbir əlaqələr şöbəsinin rəisi olaraq fəaliyyət göstərib. 2001-2003-cü illərdə “Most Bank”da kommersiya əməliyyatları şöbəsinin treyderi, filialın baş mühasibi və maliyyə departamentinin mühasibatlıq şöbəsinin baş mühasibi müavini vəzifələrində çalışıb. 2003-2007-ci illərdə “Bank Standard” QSC-də maliyyə departamentinin direktor müavini, 2007-2009-cu illərdə biznes proseslər və institusional inkişaf departamentinin direktoru, 2009-cu il tarixindən 2017-ci ilin fevral ayınadək isə həmin bankın İdarə Heyəti sədrinin müavini kimi fəaliyyət göstərib.

Onu da qeyd edək ki, S.Rzayev “Rabitəbank”ın sayca 5-ci baş direktorudur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər