4 C
Baku
Tuesday, March 5, 2024

“Bank Standart”dan oğurluq edən polis əməkdaşına hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham olunan sabiq polis əməkdaşı Arif Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə A.Əhmədov son söz deyib.

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Əhmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A.Əhmədov “Bank Standart” da mühafizəçi işləyib. O, bankdakı “Milliön”” aparatından gizli yolla 261 min manat oğurluq edib. Sonradan həmin pulun bir hissəsini qumarda uduzub.

Son xəbərlər
Digər xəbərlər