15 C
Baku
Friday, April 26, 2024

“Bank Standart”ın əmanətçiləri Ali Məhkəmənin zalında hay-küy salıblar

Ali Məhkəmədə 2017-ci ildə “Bank Standart”ın müflişləməsi zamanı zərər çəkmiş vətəndaşların iddiasına baxılması davam edir. Bank vətəndaşların qoyduqları əmanətləri qaytarmayıb, Əmanətlərin Sığortalanması Fondu (ADIF) isə sığortalanmayan vəsaitləri kompensasiya etməyib.

Bakı sakinləri Nailə Babayeva, Günay Əhmədova, Fərhad Məhəmmədli, Faris Xəlilov, İradə Allahverdiyeva və digər beş iddiaçı Ali Məhkəmədən Apellyasiya Məhkəməsinin 6 noyabr 2018-ci il qərarının ləğvini xahiş edirlər. Belə ki, həmin qərarla ölkənin bank sektoruna nəzarət edən və məsul olan dövlət orqanı kimi Azərbaycan Mərkəzi Bankının vurduğu zərərin kompensasiya edilməsindən imtina edilib.

Aprelin 17-də Ali Məhkəmənin iclası olub. Məhkəmə yekun qərar çıxarmayaraq ona əsaslanıb ki, iddiaçılardan biri vəkillə müqavilə bağlamayıb və öz maraqlarını özü müdafiə etməyi qərara alıb. Məhkəmə onun üçün dövlət hesabına vəkil tutacaq. Hakim Sevda Hüseynova növbəti iclası mayın 22-nə təyin edib.

Bu, əmanətçilərin narazılığına səbəb olub və onlar Ali Məhkəmənin sədri ilə görüş tələb ediblər. Onlar Ali Məhkəmənin zalına daxil olublar. Əllərində tutduqları plakatlarda ölkə prezidenti itirilmiş əmanətlərin qaytarılmasına yardımçı olmağa çağırılıb.

Vətəndaşlar hesab edirlər ki, əgər prezident yanmış “Diqlas” Ticarət Mərkəzində ticarətçilərin itkisini kompensasiya etdisə, əmanətçilərə də yardım etməlidir. Çünki üç ildir ki, pullarının qaytarılmasını tələb edirlər.

Ali Məhkəmənin zalındakı hay-küyü yatırmaq üçün 10 əməkdaşdan ibarət polis naryadı çağırılıb, əmanətçi Arzu Əsgərova Turan-a bildirib.

“Əgər Ali Məhkəmə bizim tərəfimizi tutmasa, biz Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik”, – o deyib.

Digər iddiaçıların vəkilləri – həmin bankın Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov pulların qaytarılması uğrunda mübarizənin davam etdirilməsini və ölkədə aldadılmış bank əmanətçiləri partiyasının yaradılmasını vacib sayır.

“Bank Standart” qeyri-düzgün kredit siyasəti, hər hansı girov olmadan milyonlarla kreditin verilməsi nəticəsində müflişləşib. Halbuki, sadə vətəndaşlara 100 manat krediti də məcburi girov tələbilə verirdilər, – əmanətçi Rəfili Seyidcan Prezident Administrasiyasının binasının qarşısında piket zamanı Turan-a bildirib

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər