Gənc kadrlarının və məzunlarının diqqətinə!
Əgər Siz, gələcək karyeranızı Müştərilərə xidmət sahəsində qurmaq istəyirsinizsə, bu zaman Sizi Bankımızın mehriban və peşakar kollektivinə qoşularaq təcrübə proqramında iştirak etməyə dəvət edirik!
Təcrübə proqramı zamanı Bankın peşakar mütəxəssisləri tərəfindən Sizə aşağıdakı peşakar bilik və təcrübələrin əldə edilməsinə imkan yaradılacaqdır.
Biznes etika anlayışı və korporativ davranış normalarının əsasları
Müştəri xidmətləri prinsipləri və müştərilərlə iş
Bank məhsulları və onların satış prinsipləri
Plastik kartlar və onlar vasitəsilə əməliyyatların aparılması
Sürətli pul köçürmə sistemləri və onlarla iş prinsipləri
SWIFT, XÖНKS-la iş prinsipləri
Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərin valyuta əməliyyatlarının rejimi
Banklarda hesabların açılması, aparılması və bağlanması qaydaları. Sərəncamlarla iş
Mühasibat üçotonun əsasları
Namizədlərə olan tələblər:
Ali təhsilli
Riyazi bilikləri və məntiq
Yüksək təqdim etmə və kommunikasiya qabiliyyəti;
Komandada işləmək bacarığı;
Dəqiqlik, düzgünlük və məsuliyyətlilik kimi müsbət göstəricilərə malik olması
İnsanlarla asanlıqla münasibət qurmaq bacarığı, gülərüz olması
Azərbaycan və rus dilini mükəmməl bilməli (ingilis dili bilənlərə üstünlük verilir)
Qeyd: Təcrübə proqramına seçilmiş namizədlər bankın peşakar komandası, habelə Biznes sahəsi üzrə beynəlxalq səviyyəli təlimçi, məsləhətçi və kouç tərəfindən keçirilən təlimlərdə iştirak etmək, özünü inkişaf etmək və təcrübələri toplamaq şansı əldə edəcəklər.
Təcrübə proqramında müvəffəqiyyətlə iştirak etmiş və müsbət nəticələr əldə etmiş namizədlərə proqramın sonunda Rabitəbank ASC tərəfindən sertifikat təqdim ediləcəkdir və gələcəkdə uğurlu namizədlər işə qəbul üçün dəyərləndiriləcəkdir.
Təcrübə proqramında iştirak etmək istəyən namizədlər career@rabitabank.com elektron ünvanına, e-mail mövzusu hissəsində “Müştəri xidməti üzrə təcrübə” qeyd edərək CV-lərini göndərə bilərlər.