6 C
Baku
Sunday, December 15, 2024

Bank Təhlükəsizliyi Departamentinə Mütəxəssis – Bank Respublika ASC

Bank Respublika ASC  “Bank Təhlükəsizliyi Departamentinə Mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• İşlərin bankın təhlükəsizlik strategiyasına uyğun olaraq qurulması;
• İnformasiya təhlükəsizliyinin yayılmaması ilə əlaqədar işin təşkili;
• Bankın ərazisində olan  əməkdaşlarının və müştərilərin təhlükəsizliyinin təmin olunması;
• Mühafizə və buraxılış rejiminin təşkili haqqında qaydalara nəzarət;
• Mühafizə və video müşahidə  kameraları vasitəsi ilə nazərət;
• Xüsusi təyinatlı avtomobillərdə quraşdırılmış kameraların mütamadi yoxlanılması;
• Növbədə olarkən nəzarət kamerası vasitəsi ilə Baş Ofis, filial və şöbələrdə mühafizə xidmətinin gedişinə nəzarət  etməklə yanaşı həyacan çağırışlarına və digər hallara qarşı təxirə salınmaz tədbirlərin görülməsi;

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Təcrübə: təhlükəsizlik xidməti və ya  mühafizə orqanlarında təcrübə;
• Əməyin mühafizəsi qayda və normalarını, təhlükəsizlik və yanğından mühafizə texnikası ilə bağlı bilgilər;
• Dil bilikləri: Azərbaycan dili (əla);
• MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla şifahi ünsiyyət qurmaq;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 21 noyabr 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Bank Təhlükəsizliyi Departamentinə Mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə bel

Son xəbərlər
Digər xəbərlər