23 C
Baku
Sunday, September 29, 2024

Bank Technique əmək haqqı kartları sahiblərinə kredit şərtlərini sadələşdirdi

Bank Technique, Bankın əmək haqqı kartları sahiblərinə sadələşdirilmiş kredit şərtləri təklif edir.

Belə ki, müəssisədə 6 aydan artıq çalışan, Bankın əmək haqqı kartları sahiblərinə maaşın 90% miqdarında kredit xətti sadələşdirilmiş şərtlərlə, yalnız şəxsiyyət vəsiqəsi ilə açılır. Bu zaman kredit xəttinin illik faiz dərəcəsi – 24%, müddəti – 12 ayadəkdir.

Bundan əlavə, “Bank Technique” müştərinin şəxsi hesabı üzrə əmək haqqının 3 və 5 mislində kreditlər də təklif edir. Müştərilərə Maaşın 5 mislində kredit həmkarın zaminliyi əsasında ayrılır. Bu növ kreditlərin şərtlərinə gəldikdə, kreditin illik faiz dərəcəsi 26%, müddəti 24 ayadək təşkil edir.

Bankın İdarə Heyətinin birinci müavini Yaşar Səfərov yeni layihəni şərh edərkən bildirib ki, layihə, bir tərəfdən, “Bank Technique”in gəlirliyinin artırılmasına, digər tərəfdən isə tərəfdaş müəssisələrdə çalışanlara kredit şərtlərinin asanlaşdırılmasına yönəlib və Bank gələcəkdə də bu istiqamətdə işini davam etdirəcək.

Son xəbərlər
Digər xəbərlər