Son dövrlər Bank Technique-nin ətrafında baş verən söz-söhbətlər səngimək bilmir. Bank hazırda ciddi maliyyə durumundadır. Əsas problem, bankın likvid vəsaitlərə malik olmaması – öhtəliklərini icra edə bilməməsindən ibarətdir.
Bəs necə olduki bank bu vəziyyətə düşdü?
Deyilənlərə görə bankın bu vəziyyətə düşməsi əsasən devalvasiya ilə bağlıdır. Biz isə öz növbəmizdə, heç bir fikir söyləyə bilmirik, çünki bank 2014 sonun-dan bu yana heç bir maliyyə hesabatını ictimaiyyətə açıqlamır.
İlk öncə istərdim bankın vəziyyətinin pisləşməsinə gətirən proseslərin xronologiyasına baxaq.
- Bank Technique-yə dəstək olan Beynəlxalq Bankın öz problemləri ortaya çıxdığından , banka maliyyə dəstəyi azalıb.
- Başlanan panikaya böyük və orta depozit sahibləri reaksiya verərək bankdan öz əmanətlərini geri istəyirlər, bank əmanətlərin verməsində çətinlik çəkir.
- Artıq kiçik depozit sahibləridə əmanətlərinin alınmasında çətinlik çəkirlər. Müştərilər baş ofisdə saatlarla növbələrdə gözləyirlərki, imkan düşən kimi əmanətləri geri çəksinlər. Bankda depozitini tələb etmək üçün yığışmış şəxslər digər müştərilərində diqqəni cəlb edir və onlarıda panikaya salır.
- Moody Bankın depozit reytinqini Caa2-dən Caa1 endirir.
- Bakı Metrosu Bank Technique ilə işinə xitam verir. Metro stansiyalarında yerləşən kartyükləmə aparatlarında toplanan pulların inkassasiyası xidməti Kapital Banka verilir
- Bir vaxtlar notariat kontorlarında dominant olan Bank Technique, bu pozisiyanı itir və tamamilə notariat kontorları ilə işi dayandırır.
- Bank xərclərin azaldılması baxımından bəzi işçiləri ixtisar edir.
- Bankla əməkdaşlıq edən bəzi banklar əməkdaşlığı dayandırır, Bank Technique artıq digər bankların ödəmə tapşırıqlarını yerinə yetirə bilmir.
- Bank idarəetməsindən bəzi əməkdaşlar ayrılır
Göründüyü kimi bankın vəziyyəti heçdə ürək açan deyil. Bankın situasiyadan çıxması üçün 2 yolu vardır:
- Mərkəzi Bankın maliyyə yardım etməsinə. Hazırda bizdə olan informasiyaya görə belə yardım vaxtıykən Azərbaycanda 2 banka verilib (hərəsinə 50 milyon manat).
- Mərkəzi Bankın depozit sahiblərinə müəyyən qarant verməklə , ortada olan panikanı aradan qalxması üçün bank zaman qazansın.
Hər iki addım Mərkəzi Bankın prosesə qatılmasını tələb edir. Əslində bu prosesdə Mərkəzi Bank yəqinki hazırdada vardır ,sadəcə proseslərdən kənarda qalmağa üstünlük verir.
Yuxarida qeyd olunan punkdan aydın görünürki, təkcə 2-ci yolla problemin həll edilməsi kifayət qədər çətindir. Çünki Bankın gəlir generasiya edən kanallı olduqca məhduddur – bank nə aktiv kreditləşmə prosesində iştirak etmir, Beynəlxalq Bankın hesabına verdiyi ipoteka kreditləri artıq indi yoxdur, bankın korparativ müştərilərinin çoxu artıq bankı tərk edib,etməyənlərdə sadəcə pulunu bankdan ala bilmədiyi üçün hazırda müştəri qismində hesab edilir.
Mənim şəxsi fikrim belədirki, Mərkəzi Bank banka artıq proses başlanan zaman ora nəzrətçi təyin edib bankın depozit portfelinin azaldılmasına yönləndirilmiş siyasət aparılmalı idi. Hazırda bunu etmək daha çətindir, çünki bankın pul gətirən kanalları xeyli azalıb, korparativ müştəriləri bankdan üz döndərib .
Bank Technique və Bank of Azərbaycan analogiyası
Əslində , bu iki bankın situasiyası eyni olmasada, oxşar cəhətlər vardır. Və bu oxşarlıqda əsasən Mərkəzi Bankın dəsti xəttindən irəli gəlir. Bank of Azərbaycanın çətin vaxtlarında Mərkəzi Bank bu banka 50 milyon pul ayırmışdır, lakin bu yardım bankı vəziyyətdən çıxara bilməmişdir. Hazırda Bank of Azerbaijan özünü nə müflis elan edilib, nədə normal işini davam etdirmir . Yüzlərlə müştərinin işi məhkəmədə icradadır – lakin hələki bir effekt yoxdur, insanların bir qismi pulunu geri ala bilmir.
Bank Technique hələki müflis olmayıb, bu haqqda detallı informasiyada vermək çətindir, çünki bank 2015 aid heç bir hesabatı açıqlamayıb. Keçən ilin sonu üçün bankın təxminən 3 milyon gəliri 450 milyon manat isə kredit portfeli olmuşdur.
Təbii ki, indiki vəziyyətdə Mərkəzi bank bu məsələdə kardinal addım ataraq, bankın lisenziyasın ala bilər. Lakin,belə bir addımın məsuliyyəti daha çoxdur. Unutmayaq ki, hazırda Bank Techniquenin depozit portfeli 300 milyon manatdan artıqdır. Belə böyük bir bankın lisenziyasının alınmasıda özü bank sektorunda əhali tərəfindən panikaya səbəb ola bilər – əhalinin banklara onsuzda azalmış olan etimadı dahada azalar.
Lakin digər tərəfdən, Mərkəzi Bank bu bankın sıradan çıxmasını görüb, addımlarını əvvəldən atmalı idi – bank bu vəziyyətə ayların “zəhməti” ilə gəlib çıxıb. Bankın durumunun bu səviyyəyə çatdırılması əslində məsələnin həllinə ciddi resursların cəlb edilməsin tələb edir, əks halda bankın müflis olması labüddür.
Texnika Bankın ilkin iflasından sonra bank qismən ayağa durmağa bacarmışdır – Beynəlxalq Bankdan gələn komanda və bankın rebrendingi banka yeni resurslar cəlb etməyə yardımçı olmuşdu. Lakin devalvasiya və risklərin sığortalanmaması bankı müştərilərin əlində rahat “ şikara ” çevirdi.
Bank işçiləri depozitini götürmək istəyən müştərilərə avqustun 30-na, səhmdarların yığıncağını gözləməyini tövsiyyə edirlər. Ayın 30 hansı qərarın qəbul olunması bir çoxlarında heçdə ürəkaçan proqnoz doğurmur…