Bank Technique notariat orqanları ilə əməkdaşlığı çərçivəsində, Bakı və Sumqayıt şəhərlərində notariat kontorlarının nəzdində yerləşən şöbələrinin sayını artırır.
Notariat əməliyyatlarının icrasının sürətləndirilməsi məqsədi ilə, Bank, Bakıda 43 saylı (5-ci mkr., 20 yanvar küç., ev 6) və 12 saylı (İnşaatçılar pr., 28a), Sumqayıt şəhərində 4 saylı (3-cü mkr., 3/58) notariat kontorlarının daxilində yeni şöbələri istifadəyə verib. Notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumlarının ödənilməsi ilə yanaşı, burada əhaliyə bank əməliyyatlarının əksəriyyəti təklif olunur.