4 C
Baku
Monday, January 13, 2025

Bank Technique öz vəziyyətini dahada kəskinləşdirməkdə davam edir

Banker.az mənbələrinin verdiyi məlumata görə, bankın hazırda vəziyyəti heç də ürək açan deyil. Bankda depozitlərini götürmək, lakin bank tərəfindən “bu gün veriləcək, sabah veriləcək, sabah pul daxil olmalıdır və s.” bəhanələri ilə müştərə imtina verilir. Bu isə digər sakit dayanan depozit sahiblərini də təşvişə salır və beləliklə müştəri izdihamı daha da artır. Əslində, bankın vəziyyəti son dəfə pis vəziyyətə düşməsindən indiyə kimi müəyyən qədər dirçəlmişdi, lakin tam sağalmamışdır, Beynəlxalq Bank kimi nəhəng bankın resursları bu bankın etibarlı əldə olması siqnalını artıq bütün müştərilərə çatdırmışdır. Bu qeyri sağlamlıq Beynəlxalq Bankın onun arxasından çəkilməsi ilə daha qabarıq şəkildə hiss edilməyə başladı.

Beynəlxalq Bankın Bank Technique ilə əlaqələrini kəsməsindən ehtiyatlanan bir neçə müştərini ( ehtimal edilir ki, depozitlərinin həcmi çox olan şəxslər) yola salmaqdan boyun qaçıran bank, indi ondan 10 dəfə artıq depozit çıxarmaq istəyən kütlə ilə üz-üzə gəlib. Və beləliklə, risklərin idarə edilməsinin klassik modellərindən biri olan Bank Run hadisəsi gözümüzün qabağında baş verir. Əslində, belə halda bank rəhbərliyi daha çox məsuliyyət daşıyırlar. Aydın məsələdir, bankın maliyyə durumu çətin idi, lakin  müştərilərdən depozitini çıxarmaq istəyən şəxslər mütləq şəkildə yola salınmalı idilər. Bu təbii ki, bizim subyektiv fikrimizdir.

Hazırda bankın durumunu çətinləşdirən bir nüans da vardır ki, bu da uzun müddətdir banka İdarə heyətinin sədri təyin olunmamasıdır. Bu vəzifəni birinci müavin icra edir. Müşahidə şurasının, belə çətin vəziyyətdə olan bir banka rəsmi  olaraq idarə heyətinin sədri təyin etməkdən boyun qaçırması çox maraqlı nüansdır. Düzdür, bankın vəziyyətini nəzərə alaraq burada işləmək istəyənlərin sayı az ola bilər, lakin bizim fikrimizcə uyğun şəxs tapmaq heç də çətin olmaz .

Vəziyyətdən yeganə çıxış yolu kimi, Mərkəzi Bankın məsələyə qarışması ilə aşağıdakı 2 istiqamətdə işlər aparması ilə həll oluna bilər:

  • Banka maliyyə yardımının edilməsi. Praktikada bu adətən 50 milyon civarında olur. Bank Technique-nin Beynəlxalq Banka verilməsi zamanı Mərkəzi Bank onlara bu yardımı etməsi istisna edilmir. Amma hazırda bu yardıma böyük ehtiyac vardır.
  • Mərkəzi Bankın xətti ilə, Əmanətlərin sığortalanması fondu prosesə qoşulması. Bu fondun mahiyyəti məhz belə situasiyaların yaranmaması, əhalinin depozitlərinə görə panikaya düşməsinin qarşısının alınmasıdır. Faktiki, indiki vəziyyətdə bu prosesdə fondun ümumiyyətlə adı çəkilmir. Aydın məsələdir, fond milyonlarla depoziti olan şəxslər üçün faydası yoxdur, amma bizim fikrimizcə Bank Technique-də kifayət qədər adi müştəri depozitləri də mövzuddur və panika məhz həmin şəxslər tərəfindən başlanıb.

Qeyd edək ki, Azərbaycanın ən qocaman banklarından biri olan Bank Technique-nin kredit portfeli 447 mln manat, depozit portfeli isə təxminən 300 mln. manata bərabərdir.

Bu çətin vəziyyətdə banka möhkəm olmağı arzu edirik !

Son xəbərlər
Digər xəbərlər