Bank Technqiue-in, xidmət şəbəkəsinin genişləndirilməsi və müştəri məmnuniyyətinin artırılması məqsədilə, Bakı şəhərində beş yeni şöbəsi fəaliyyətə başlayıb.
Bakının ayrı-ayrı yerlərində yerləşən yeni şöbələr, yaxınlıqda yaşayan sakinlərin bank əməliyyatlarının əksəriyyətini asanlıqla, vaxt itkisinə məruz qalmadan, həll etmələrinə imkan yaradır.
Yeni açılmış şöbələrinin ünvanları aşağıdakı kimidir:
- “Sabunçu” şöbəsi – Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Park küç., 10.
- “Xətai” şöbəsi – Xətai rayonu, Sarayevo küç., ev 11, mən., 74.
- “Qələbə” şöbəsi – Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 26a.
- “Qara Qarayev” şöbəsi – Nizami rayonu, A.Manafov küç., 16.
- “Əzizbəyov” şöbəsi – Nizami rayonu, M.Gəncəvi küç., 9.
Qeyd olunan xidmət nöqtələrinin açılışından sonra, Bankın şöbələrinin sayı 13-ə çatdırılıb.
Ümumilikdə isə Bankın xidmət şəbəkəsi 32 filial və 13 şöbəni əhatə edir.