20 C
Baku
Thursday, October 3, 2024

Bank Technique “UPT” təcili pul köçürmələri sisteminə qoşuldu

“Bank Technique” ASC Türkiyənin “UPT” (Universal Payment Transfer) təcili pul köçürmələri sistemi ilə əməkdaşlığa başlayıb. Artıq bank müştəriləri Türkiyənin istənilən nöqtəsinə sərfəli tariflərlə birbaşa pul köçürə biləcəklər.

 “UPT” sistemi qonşu dövlətdə 14 mindən çox xidmət nöqtəsi ilə (bütün poçt xidməti şöbələrini əhatə etməklə) sürətli, ucuz, etibarlı pul köçürmə əməliyyatlarını təklif edir. Sistem türk lirəsi, ABŞ dolları və avroda köçürmələrin həyata keçirilməsinə imkan yaradır.

Son xəbərlər
Digər xəbərlər