29 C
Baku
Wednesday, June 26, 2024

“Bank Technique” və “Yeni Hayat” birgə ipoteka layihəsinə start verdilər

“Bank Technique” ASC və “Yeni Hayat” Şirkətlər Qrupu birgə ipoteka layihəsinə start verdilər. Layihənin başlanması barədə bu gün birgə təşkil edilmiş mətbuat konfransında elan edilib. 

Yeni ipoteka layihəsinin şərtlərinə əsasən, “Yeni Hayat” Şirkətlər Qrupuna aid “Park Azure” yaşayış kompleksindəki bütün mənzilləri 10 % ilkin ödəniş etməklə, 10 % illik, və 10 il müddətinə əldə etmək mümkündür. Maksimum 1 saat ərzində aparılan sadələşdirilmiş sənədləşmə isə rahat şəkildə ipoteka kreditini rəsmiləşdirməyə imkan yaradır.

Paytaxt infrastrukturunun ən uğurlu hissələrinin birində, Afiyəddin Cəlilov küçəsi 27A ünvanında inşasına başlanılan “Park Azure” yaşayış kompleksi 2, 3, 4 və 5 otaqlı 585 mənzildən ibarətdir. Geniş həyəti, 2000 avtomobilə qədər yerləşdirmə imkanı olan müasir avtodayanacağı, hipermarketi, kinoteatrı, SPA və Fitness mərkəzi, uşaq bağçası və Avropanın ən böyük qapalı əyləncə mərkəzi “Megafun”a keçid ilə “Park Azure” lüks həyatın bütün atributlarını orta sinif üçün əlçatan edir.

“Bank Technique”ASC-nin Müştəri Xidməti Departamentinin direktoru Kamran Axundov yeni layihəni şərh edərkən bildirib ki, birgə layihənin məqsədi geniş əhali kütləsinin mənzillərə olan tələbatını ödəməkdir. “Əhalinin orta sinif təbəqəsi üçün nəzərdə tutulan bu birgə kredit layihəsi, sərfəli şərtlərlə yanaşı, dövlətin maliyyələşdirdiyi ipoteka proqramında olduğu kimi, vətəndaşlar tərəfindən illik 10% dərəcəsi ilə ödənilməklə , yerindəcə sənədləşmə ilə fərqlənir. Bir müştəri 45-60 dəqiqə ərzində rəsmləşdiriləcək kredit hesabına mənzil sahibi ola biləcək”, – deyə Kamran Axundov bildirib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər