23 C
Baku
Sunday, September 29, 2024

Bank Technique yeni ipoteka layihələrini təklif edir

“Bank Technique” ASC tikinti şirkətləri ilə apardığı danışıqlar nəticəsində yeni ipoteka layihələrini təqdim edir.

Belə ki, vətəndaşlar Xırdalan şəhəri, H. Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Inşaat” MMC-yə məxsus “AAAF PARK 3” yaşayış kompleksindən mənzil alınması üçün ipoteka kreditindən faydalana bilərlər. Layihənin şərtlərinə əsasən, yaşayış kompleksində bütün mənzilləri 15% ilkin ödəniş etməklə, 10 il müddətinə və illik 14% kredit dərəcəsi ilə əldə etmək mümkündür.

Bundan əlavə, “Bank Technique” Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S. Qocayev küç, 152,156,158,162 və 164 ünvanında yerləşən “Bakikhanov Residence” yaşayış və ticarət kompleksindən mənzil alınması üçün ipoteka kreditini təklif edir. Bu proqramın şərtlərinə uyğun olaraq, mənzillərə 20% ilkin ödəniş etməklə, 5 il müddətinə və illik 12% kredit dərəcəsi ilə sahib olmaq olar.

Son xəbərlər
Digər xəbərlər