17 C
Baku
Wednesday, October 1, 2025

“Bank Technique”in İdarə Heyətinə yeni sədr təyin edilib

“Bank Technique” ASC-nin Müşahidə Şurasının qərarı ilə Eldar Hüseyn oğlu Cəfərov bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Bu barədə Trend-ə bankdan məlumat verilib.

E.Cəfərov 1974-cü ildə Tovuz şəhərində anadan olub. 1990-1995-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. O, 2009-cu ildə ABŞ-ın Bankirlər Assosiasiyasının Stonier ali bank məktəbinin məzunu olub.

1995-ci ildən Azərbaycanın bank-maliyyə sektorunda müxtəlif vəzifələrdə çalışmış E.Cəfərovun Azərbaycanın nüfuzlu bank olmayan kredit təşkilatlarının – “Cred Agro” və “Mol Bulak”ın yaradılmasında və idarəetməsində müstəsna rolu olub.

Qeyd edək ki, “Bank Technique”ə təyinat aldıqdan əvvəl E. Cəfərov “Mol Bulak” BOKT-ın direktoru vəzifəsini icra edib.

Son xəbərlər
Digər xəbərlər