7 C
Baku
Friday, January 24, 2025

“Bank Technique”in “Mərkəz” filialının yeni konsepsiyada rəsmi açılışı olub

Xidmət nöqtəsinin paytaxtın mərkəzində açılması çoxsaylı müştərilərin ehtiyaclarının rahatlıqla ödənilməsinə zəmin yaradacaq. Filialda əhaliyə və hüquqi şəxslərə depozitlər, müxtəlif növ kreditlər, valyuta-mübadiləsi, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla, tam spektrda bank xidmətləri göstərilir.

Açılış mərasimində çıxış edən “Bank Technique”in İdarə Heyəti sədrinin 1-ci müavini Yaşar Səfərov filialın şəhərin mərkəzində yerləşməsi, rahatlığı, çoxçeşidli məhsul və xidmətlər təklif edən peşəkar işçi heyətinin kompleks şəkildə müştərilərin ixtiyarına verilməsini bir üstünlük adlandırdı. “Əhali və müəssisələrə təklif olunan bank xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə xidmət şəbəkəsinin genişləndirilməsi, filial və şöbələrin müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində fəal iş aparılır. Gələcəkdə onlayn bank xidmətləri ilə yanaşı, filial şəbəkəsinin genişləndirilməsi də əsas hədəflərimizdəndir”, – deyə Yaşar Səfərov əlavə edib.

Xatırladaq ki, hazırda “Bank Technique”in xidmət şəbəkəsi özündə Baş ofis, 32 filial və 13 şöbəni birləşdirir.

Son xəbərlər
Digər xəbərlər