30 C
Baku
Tuesday, July 22, 2025

“Bank Technique”in rəhbərliyinə daha bir təyinat baş tutub

“Bank Technique” ASC-nin İdarə Heyətinə daha bir təyinat baş tutub.

Bankdakı mənbədən “APA-Economics”ə bildirilib ki, İlham Bahadurov bankın İdarə Heyətinin sədrinin müavini təyin olunub.

Bundan öncə İ. Bahadurov uzun müddət ərzində adıçəkilən bankda müxtəlif vəzifələrdə çalışıb.

“Müşahidə Şurasının və İdarə Heyətinin tərkibi formalaşmaqdadır. Hələlik, başqa təyinat yoxdur”, – deyə mənbə bildirib.

Bankdan  xəbəri təsdiqləyiblər.

Qeyd edək ki, bundan öncə “APA-Economics”in verdiyi xəbərə görə, Eldar Cəfərov “Bank Technique” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə gətirilib. Onun birinci müavini Samir Baxşəliyev təyin olunub.

Son xəbərlər
Digər xəbərlər