Mərkəzi Bankın təqdim etdiyi məlumata görə 2020-ci il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli illik müqayisədə 2 milyard 721,8 milyon manat artaraq milli valyuta ekvivalentində 15 milyard 696,4 milyon manat təşkil edib. 2019-cu il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli 12 milyard 974,6 milyon manat təşkil etmişdir.
Banker.az xəbər verir ki, ümumi kredit portfelinin 1 milyard 2794,9 milyon manatı və ya 81,5%-i uzunmüddətli kreditlərin payına düşmüşdür. Kreditlərin 97,5%-i banklar, 2,5%-i isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
2020-ci ilin yanvar-mart aylarında ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 297,8 milyon manat olmuş və ümumi kredit portfelinin 8,3%-ni təşkil etmişdir. Ötən ilin müvafiq dövründə isə ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 581 milyon manat olmuş və ümumi kredit portfelinin 12,2 faizini təşkil etmişdir.