Mərkəzi Bankın məlumatlarına görə, aprelin 1-nə Azərbaycanın bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 19687,0 milyon manat təşkil edib. Onun 15203,4 milyon manatı uzunmüddətli kreditlər olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, kredit portfeli 2015-ci il aprelin 1-i ilə müqayisədə 4,6 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,7 faizini təşkil edib.