9 C
Baku
Thursday, December 12, 2024

Bank və digər kredit təşkilatlarının kredit portfeli məlum oldu

Mərkəzi Bankın məlumatına görə, mayın 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz azalaraq milli valyuta ekvivalentində 15 milyard 453 milyon 500 min manat (15 453 500 000) manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, ümumi kredit portfelinin 12038,1 milyon manatı və ya 77,9 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 34,8 faizi dövlət, 62,6 faizi qeyri-dövlət bankları, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 10,3 faizini təşkil edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər