2022-ci ilin yanvar-oktyabr aylarnda muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 232 milyon 952 min 600 manat kredit verilib ki, bu da ötən ilki göstəricidən 25.4 faiz çoxdur.
Bu barədə Banker.az Naxçıvan Statistika İdarəsinə istinadən xəbər verir.
Statistikaya əsasən, verilmiş kreditlərin 19 milyon 19 min 800 manatı və yaxud 8.2 faizi qısamüddətli, 213 milyon 932 min 800 manatı və yaxud 91.8 faizi uzunmüddətli kreditlər olub.