2022-ci ilin yanvar-fevral aylarında Naxçıvanda bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 43 milyon 871 min manat məbləğində kreditlər verilib.
Banker.az Naxçıvan Dövlət Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, bir il öncəki göstəricidən 41.5 faiz çoxdur.
Qeyd edək ki, verilmiş kreditlərin 4 milyon 395 min 500 manatı və yaxud 10 faizi qısamüddətli, 39 milyon 475 min 500 manatı və yaxud 90 faizi uzunmüddətli kreditlər olub.