8 C
Baku
Thursday, December 12, 2024

Bank vaxtı keçmiş borclar artdıqda nə etməlidir?

Böhran dövründə banklarda ödəməmə problemlərinin artması, habelə müştərilərin bankdan narazılığının artması adi dövrlərə nisbətən daha kütləvi xarakter alır və bəzən bank üçün ciddi təhlükəyə çevrilir.

            Bununla yanaşı problemli kreditlərin artması avtomatik olaraq bankın bu sahədə xərclərinin də artmasına səbəb olur. Günü gündən artan problemli protfel məbləği isə bankın Mərkəzi Bank tərəfindən müəyyən olunmuş tələblərə riayət etməsini çətinləşdirir.

            Artıq filiallarda mübahisə edən, ödəmək imkanının olmadığını bildirən, özünə xəsarət yetirməklə bəzən hətta özünü öldürməklə hədələyən müştərilər adi hala çevrilir bəzən isə bunu reallaşdırmağa cəhd edən müştərilər olur.

            Bütün bunlar böyük hədəfləri olan strateji məqsədləri olan banklar üçün ciddi risk daşıyan məqamlardır. Bu tip müştəriləri filiallarda görən onların narazılığını dinləyən əmanətçilər habelə vaxtında ödəniş edən müştərilər də artıq bank haqqında mənfi düşünməyə və bankla əməkdaşlıdan yayınmağa başlayırlar. Nəticədə bank ciddi maliyyə problemləri ilə üz-üzə qalır və artıq müştərilərinin tələblərini yerinə yetirə bilmir.

            Bu cür problemlərin həllində bir neçə həll yolu mövcuddur. Bunlardan biri problemli portfelin satılmasıdır ki, bu halda bank öz portfelini bazarda fəaliyyət göstərən Kollektor Agentliyinə və ya bir neçə Agentliyə satır. Nəzərə alsaq ki, hazırda bazarda olan Kollektor Agentlikləri güclü maliyyə imkanlarına malik deyillər və portfel almaq təcrübəsi hazırda demək olar ki yoxdur bu variant öz aktuallığını itirir.

            Digər bir yerli bazar şərtlərinə daha uyğun olan variant isə, bankın nəzarəti altında müstəqil Kollektor Agentliyinin yaradılmasıdır. Bank bu halda öz daxili problemli kreditlər departamentini ləğv edərək və ya onun hard kollekşn və leqal kollekşnla məşğul olan bölmələrini ləğv edərək onların bazasında müsətil kollektor agentliyi yaradır və hard və legal kollekşn mərhələsində olan portfel üzrə tələb hüquqlarını həmin agentliyə güzəşt edir (tələbin güzəşti.) Burada ödəmə bir neçə fərqli rejimdə aparıla bilər.

  • Bank portfelin qiymətinin bir hissəsini əvvəlcədən qalan hissəsini isə portfel geri yığıldıca alır
  • Bankla Kollektor Agentliyi portfel gəlirlərini müəyyən faiz nisbətində (məsələn 60/40%) bölüşdürür.
  • Portfeldən yığımın həcminə uyğun portfelin qiyməti də dəyişir.

            Bu zaman bank nə əldə edir:

  • Bank problemli kreditlərin ödənilməsinə çəkilən xərcləri əhəmiyyətli dərəcədə azalmış olur.
  • Bankın adından müştərilərin ünvanına ziyarətlərlə bağlı yarana konfliktlərə son qoyulur.
  • Bankdan Mərkəzi Banka ünvanlanan şikayətlrə son qoyulur
  • Filiallarda problemli müştərilər tərəfindən yaradılan münaqişələrə son qoyulur.
  • Mətbuatda bankın əleyhinə yazılan yazılar artıq dərc edilmir.
  • Problemli kreditlərin yığılması ilə məşğul olan işçilərə görə bank artıq xərc ödəmir.

Post krizis dövründə yuxarıda qey edilən amillər bankın digər banklardan fərqli olaraq müştəriləri ilə daha yaxşı münasibətlər qurmasına və böhrandan daha tez və  daha az zərərlə çıxmasına səbəb olur. Kollektor Agentliyi uğurli idarəetmə qurmaqla və düzgün strategiya seçməklə təkcə həmin bankın deyil digər kredit təşkilatlarının və şirkətlərin də portfellərini alaraq daha çox gəlir gətirə bilər ki, bu da öz növbəsində həm bank üçün həm də ümumilikdə sektor üçün çox faydalıdır.

AZKOLL EKSPERT MƏRKƏZİ bu sahadə qabaqcıl metodlardan və innovativ həll yollarından istifadə etməklə qısa müddətə KOLLEKTOR AGENTLİYİ-nin qurulmasını və fəaliyyətə başlamasını təmin edir. Qabaqcıl təcürbəmizdən artıq bir neçə yerli bankda və kollektor agentliklərində istifadə edilir.

Bank sektorunda uzun müddət qalmağı hədəfləyən və böhrandan daha az zərərlə çıxmaq istəyən kredit təşkilatları ilə öz təcrübəmizi bölüşməyə hazırıq.

AZKOLL EKSPERT MƏRKƏZİ

URL:   www.azcoll.az

tel:       +994  12 511 66 09

mob:    +994  55 260 40 70

Son xəbərlər
Digər xəbərlər