3 C
Baku
Saturday, December 14, 2024

“Bank VTB” 2017-nin birinci yarısını mənfəətlə başa vurub

2017-ci ilin birinci yarısının nəticələrinə əsasən, bank VTB (Azərbaycan)-ın mənfəəti 3 mln manatı keçib. Cari ilin 30 iyun tarixinə bankın aktivləri təqribən 405 mln manat, öhdəlikləri isə 366 mln manat olub. Bankın öhdəliklərinin təqribən yarısı – 177,5 mln manatı depozitlər təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə bankın hesabatında deyilir.

İkinci rübün sonuna bankın kredit portfeli 323 mln manatı ötüb ki, bu məbləğin də 200 mln manatı hüquqi şəxslərin və sahibkarların payına düşüb.

Hesabat dövründə bankın məcmu kapitalı 50,9 mln manat olub ki, bu da AR Mərkəzi Bankının kommersiya banklarının kapitalına dair tələblərə tam cavab verir.Birinci və ikinci dərəcəli kapital adekvatlığı tələblər 5% və 10% olduğu halda müvafiq olaraq 29,71% və 50,38% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər