25 C
Baku
Saturday, April 20, 2024

Bank VTB (Azərbaycan) ADA universitetinin layihəsində iştirak edib ®

Bank VTB (Azərbaycan) ADA universitetinin «Capstone project» layihəsində iştirak edib. Bankın əməkdaşlarının rəhbərliyi altında tələbələr ticari maliyyələşmə imkanlarını araşdırıb.

3 ay ərzində akademiyanın tələbələri VTB (Azərbaycan)-ın nümayəndələri ilə birgə ixrac sahəsində bankın inkişaf perspektivlərini, eləcə də ticari maliyyələşmə portfelinin diversifikasiya imkanlarını qiymətləndirib. Tədqiqat işinin nəticələrini VTB (Azərbaycan)-ın əməkdaşları və akademiyanın professorları qiymətləndirib. Layihənin yekunu nəticəsində bank tələbələrə sertifikat və həvəsləndirici hədiyyələr təqdim edib.

“Belə layihələr həm tələbə, həm də işəgötürənlər üçün çox vacibdir. Bu layihələr çərçivəsində məzunlar müəyyən sahə üzrə təcrübə əldə edir. Biz ölkənin əsas ali təhsil müəssisələri ilə fəal şəkildə çalışırıq, tələbələrə təlim keçirir və onları gələcəkdə işə qəbul imkanı verən təcrübə keçməyə dəvət edirik” –deyə, bank VTB (Azərbaycan)-ın İnsan resursları  idarəsinin rəisi Asiya Haqverdiyeva bildirib.

Arayış üçün

Capstone project –müəyyən mövzu üzrə tələbələrin biliklərinin praktiki tətbiqini nəzərdə tutan ADA universitetinin layihəsidir. Layihə diplom işinin alternativi hesab olunur. Hər il layihəyə iri şirkət və təşkilatlar dəstək olur. Şirkət nümayəndələrinin köməkliyi ilə məzunlar müxtəlif mövzuları tədqiq edir və onların nəticəsində konkret təkliflər hazırlayır. 

MG 7048MG 7042MG 7061MG 7031

 

 

 

 

 

 

 

 

 

 

                                          

 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər