4 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

Bank VTB (Azərbaycan) depozit üzrə faiz dərəcələrini artırdı

®Bank VTB (Azərbaycan) “Sərfəli” və “Universal” əmanətləri üzrə milli valyutada faiz dərəcələrini artırıb. İndi “Sərfəli” depoziti üzrə maksimal faiz dərəcəsi 8,5%, “Universal” üzrə isə 7,25% təşkil edir. Hər iki depozit üçün minimal məbləğ 100 manatdır. “Universal” əmanəti üzrə müddətin birinci hissəsində  pul vəsaitinin əlavə edilməsi də mümkündür. 

“Sərfəli” və “Universal” məhsulları çərçivəsində müştərilər pul vəsaitlərini məqsədlərinə uyğun olaraq istənilən müddətə – 90 gündən 730 günədək yerləşdirə bilər. Bu, əlamətdar tarix və ya səyahət ola bilər. “Sərfəli” depoziti üzrə faizlər müddətin sonunda, “Universal” üzrə isə aylıq ödənilir. 

“Bank VTB müştərilərə vəsaitlərini maksimal dərəcədə sərfəli şərtlərlə yerləşdirməyi təklif edir. Bankımızın depozit məhsullarına olan tələbat çox yüksəkdir. Milli valyutada olan əmanətlər daha çox aktualdır, çünki müştərilər üçün qazandıqları və xərclədikləri valyutada depozit açmaq daha sərfəlidir. Faiz dərəcələrinin artırılması müştərilərə gəlirlərini artırmağa, eləcə də planlarından və tələbatlarından asılı olaraq  daha rahat şərtlər seçməyə imkan verir”- deyə, Pərakəndə biznesin inkişafı departamentinin direktoru Yevgeni Borodin bildirib. 

Müştərilər bu təkliflərdən həm bankın filiallarında, həm distant kanallar – FacebookWhatsApp mesencerlərdəki çat-bank Direct, internet- və mobil bank vasitəsilə yararlana bilər. 

Depozit açıldıqda hesablanmış faizlərin məxarici üçün müştəriyə pulsuz ödəniş kartı, eləcə də SMS-xəbərdarlıq xidməti və internet- mobil banka qoşulmaq imkanı verilir. Depozit məhsullarının şərtləri barədə ətraflı məlumatı bankın saytından əldə etmək mümkündür. 

 

Son xəbərlər
Oxşar xəbərlər