Bank VTB (Azərbaycan) kreditlərin yenidən maliyyələşdirilməsini təklif edir®

0

Bank VTB (Azərbaycan) sərfəli faiz dərəcəsilə kreditlərin yenidən maliyyələşdirilməsi proqramına start verir. “Refinans” kreditin faiz dərəcəsi 18%-dən başlayır. Proqram müştərilərə müxtəlif banklardakı kreditlərini bir kreditdə birləşdirməyə və faiz dərəcəsini azaltmağa imkan verir.

Proqramın əsas üstünlüyü mövcud olan borcun yenidən maliyyələşməsi ilə yanaşı, əlavə nağd vəsaitin əldə edilməsidir. Kreditin həcmi borcalanın gəlir səviyyəsindən asılıdır. Kredit manatla və 12 aydan 48 ayadək verilir. Kreditin məbləği 1 000 – 15 000 manat təşkil edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Yenidən maliyyələşdirmə proqramı müştərilərə aylıq ödənişlərini optimallaşdırmağa və öz ehtiyacları üçün əlavə olaraq nağd vəsait əldə etməyə imkan  verir” –deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin üzvü Dmitriy Qalaşev qeyd edib.