2 C
Baku
Sunday, February 25, 2024

“Bank VTB (Azərbaycan)” rublla ipoteka verəcək

“Bank VTB (Azərbaycan)” ölkədə rubl ipotekasına yüksək tələbin olduğunu qeyd edir.

Bankdan verilən məlumata görə, iyunun 9-da “Bank VTB (Azərbaycan)”ın İdarə Heyətinin sədri Yuri Yakovlevin jurnalistlərlə görüşü keçirilib. Görüş zamanı bank rəhbəri hazırda Rusiyada yaşayan və işləyən azərbaycanlılar tərəfindən rubl ipoteka kreditlərinə böyük tələbatın olduğunu bildirib. Onun sözlərinə görə, bazarın təhlili göstərir ki, rubl ipoteka məhsuluna tələbat böyükdür və buna görə də bank bu məhsulun tətbiqi üzərində çalışır.

Bank ötən il rubl ipotekasının tətbiqi planları haqqında bəyan edib və daha sonra bu məqsədlə bazarı və məhsula olan tələbatı araşdırıb. Bu məhsul gəliri rublda olanlara Azərbaycanda daşınmaz əmlakın alınması məqsədi ilə rubl kreditinin verilməsini nəzərdə tutur.

“Bank VTB (Azərbaycan)” bir neçə il ərzində öz ipoteka proqramını uğurla reallaşdırıb. Bu proqram çərçivəsində bank birbaşa tikinti şirkətləri ilə çalışıb və həm manat, həm dollarla ipoteka kreditləri verib. Hazırda bu ipoteka proqramı dayandırılıb və bank dollar kreditlərinin manata çevrilməsi ilə əlaqədar tərəfdaşı olan tikinti şirkətləri ilə danışıqlar aparır”, – deyə məlumatda vurğulanıb.

2015-ci ildən etibarən “Bank VTB (Azərbaycan)” eləcə də Dövlət İpoteka Fondunun müvəkkil bankıdır.

APA

Son xəbərlər
Digər xəbərlər