23 C
Baku
Friday, September 30, 2022

“Bank VTB (Azərbaycan)” səhmdarlarının növbəti yığıncağının vaxtı açıqlanıb

Aprelin 28-də “Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Bankdan verilən məlumata görə, tədbir bankın baş ofisində, Xətai prospekti 38 ünvanında saat 11:00-da olacaq.

İclasın gündəliyi açıqlanmayıb.

“Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarları “VTB Bank” ASC və “AtaHolding” ASC-dir. “Bank VTB (Azərbaycan)” ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.

MənbəAPA
Son xəbərlər
Oxşar xəbərlər