25 C
Baku
Saturday, July 27, 2024

Bank VTB (Azərbaycan) tenderlər elan edir

®Bank VTB (Azərbaycan) ASC aşağıda göstərilmiş tenderləri elan edir.

1.Ofis mebellərinin alınması və quraşdırılması ilə əlaqədar açıq tender elanı.

Tender təklifləri 02.11.2022-ci il saat 16:00-dan gec olmayaraq qeyri-şəffaf zərfdə bağlanmış və möhürlənmiş şəkildə, təqdim edilən sənədlərin möhürlənmiş və imzalanmış siyahısını əlavə olaraq, Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., 38 ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir. Elan edilmiş tenderin texniki şərtlərinə cavab verməyən təkliflər tender komissiyası tərəfindən baxılmayacaq.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: ən səmərəli tender təklifinə və iş təcrübəsinə.

***

2.Yeni il hədiyyələri üçün kreativ ideyalar və onların reallaşdırılması xidmətləri üzrə tender elanı.

Tender sənədləri ilə Bankın Xətai prospekti, 38, Messenat Plaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən ofisində tanış olmaq olar. Tender təklifiləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə  (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) və 10.11.2022-ci il saat 16:00-dan gec olmayaraq bağlı və möhürlənmiş qeyri-şəffaf zərfdə (içindəkilərin möhürlənmiş və imzalanmış siyahısı əlavə olunmaqla) Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., ev 38 Messenat Plaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir.

***

3.Radioda reklam yerləşdirilməsi xidmətləri üzrə tender elanı.

Tender sənədləri ilə Bankın Xətai pr., 38, Messenat Plaza, VTB Bank ASC (Azərbaycan), AZ 1008 ünvanında yerləşən ofisində tanış olmaq olar.
Tender təklifi qeyri-şəffaf, möhürlənmiş ikiqat zərfdə üzərində qarşı tərəfin möhürü ilə (qarşı tərəf fərdi sahibkardırsa, imzası ilə) təsdiq edilmiş sənədlərin siyahısı ilə 31 oktyabr 2022-ci il saat 16:00-dan gec olmayaraq Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., 38 Messenat Plaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir.  Elan edilmiş tenderin texniki şərtlərinə cavab verməyən təkliflər tender komissiyası tərəfindən baxılmayacaq.
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: ən səmərəli tender təklifi və iş təcrübəsi.

Əlaqələndirici şəxs: Bank VTB (Azərbaycan) ASC-nin Müsabiqə (Tender) komitəsinin katibi
Fəranə Heydarova

Telefon: 012 492-00-80 (daxili nömrə: 5517)

Mob. Tel.: 055-201-60-59

Faks: 012 437-71-21

[email protected]

Son xəbərlər
Digər xəbərlər