“Bank VTB Azərbaycan”nın rəhbərliyinin tərkibi müzakirəyə çıxarılır

“Bank VTB (Azərbaycan)”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bu barədə Banker.az saytına Bankdan bildirilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Məlumatda qeyd edilir ki, 23 dekabr 2019-cu il tarixində Bank VTB (Azərbaycan)-nın səhmdarlarının növbədənkənar ümumi yiğincaği keçiriləcək. Tədbir bankın baş ofisində, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında saat 11:00-da olacaq.

İclasın gündəliyinə Bankın Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının katibinin seçilməsi; Müşahidə şurasının tərkibi və Banka aidiyyəti olan şəxs ilə bağlanan əqd kimi məsələlər aid edilib.