12 C
Baku
Saturday, November 23, 2024

“Bank VTB (Azərbaycan)” 2023-cü ilin ilk yarısında ₼5.75 mln. xalis mənfəət əldə edib

“Bank VTB (Azərbaycan)” ASC 2023-cü ilin ilk yarısını 5 milyon 747 min manat xalis mənfəət əldə edib.

Banker.az xəbər verir ki, bu barədə bankın rüblük maliyyə hesabatında bildirilir.

2022-ci ilin ilk 6 ayında bankın xalis mənfəəti 6 milyon 208 min manat idi.

Cari ilin ilk 6 ayında bankın faiz gəlirləri öncəki ilin eyni dövrü ilə müqayisədə 8% artaraq ₼13.46 mln.-a çatıb.

“Bank VTB (Azərbaycan)” ASC-nin ₼3.5 mln. faiz xərcləri, ₼3.16 mln. qeyri-faiz gəliri, ₼12.14 mln. qeyri-faiz xərci olub.

Bankın bu xalis mənfəətindən sonra balansındakı illərin yığılmış zərəri azalaraq ₼231.09 mln. təşkil edib.

3623273

Son xəbərlər
Digər xəbərlər