13 C
Baku
Friday, November 22, 2024

“Bank VTB Azərbaycan” 9 milyon manata yaxın mənfəət açıqladı

“Bank VTB Azərbaycan” ASC 2023-cü ilin 3-cü rübünü (yanvar-sentyabr) 8 milyon 643 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 9 milyon 570 min manat xalis mənfəət ilə bağlamışdı.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-sentyabr aylarında “Bank VTB Azərbaycan”ın gəlirləri 25 milyon 608 min manat, xərcləri 23 milyon 328 min manat təşkil edib.

Hesabat dövründə “Bank VTB Azərbaycan”ın aktivləri 231 milyon 238 min manat təşkil edib. Bunun 184 milyon 260 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, ötən ilin sonuna nisbətən bankın kredit portfeli 15.3% artıb.

 

Son xəbərlər
Digər xəbərlər