21 C
Baku
Wednesday, October 29, 2025

Bank VTB (Azərbaycan) ASC-də yeni təyinat

Bank VTB (Azərbaycan) ASC-də struktur dəyişiklikləri çərçivəsində 15 oktyabr 2025-ci il tarixindən Fərid Rafiq oğlu Cəfərov Bankın Hüquqi təminat idarəsinin rəisi vəzifəsinə təyin olunub.

Fərid Cəfərov 2003–2006-cı illərdə “Far-el” MMC-də hüquqşünas kimi əmək fəaliyyətinə başlayıb. Daha sonra 2006–2012-ci illərdə “Kapital Bank” ASC-də aparıcı və baş hüquqşünas vəzifələrində çalışıb.

Təyinatdan öncə Bank VTB (Azərbaycan) ASC-də Hüquq idarəsində şöbə müdiri və idarə rəisinin müavini vəzifələrini icra edib.

O, Azərbaycan Universitetinin Beynəlxalq Hüquq fakültəsini və Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini bitirib. 2010-cu ildə Rusiya Federasiyasının Stavropol Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə ali təhsil dərəcəsi alıb.

Son xəbərlər
Digər xəbərlər